Bu il pensiya, müavinət üzrə əhaliyə ödənilən məbləğ açıqlandı

Hazırda oxunan: Bu il pensiya, müavinət üzrə əhaliyə ödənilən məbləğ açıqlandı

68436

2022-ci ilin yanvar-mart aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə artım dinamikası davam edib. 

Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. 

Qeyd edilib ki, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən həmin dövrdə qeyd olunan istiqamətlər üzrə əhaliyə 1 milyard 613 milyon manat vəsait ödənilib: "Bu da ötən ilin eyni dövrünə nisbətən 5,9% və ya 89,7 milyon manat çoxdur. 

Qeyd edək ki, növbəti islahat paketi olaraq cari ilin əvvəlindən əmək haqqı, pensiya və müavinətlərin, təqaüdlərin növbəti dəfə artırılması təmin edilib. 

Bu artımlar üçün illik əlavə 2,1 mlrd. manat vəsait ayrılıb, artımların şamil olunduğu şəxslərin sayı isə 3,4 milyon nəfərdir". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin