Neftin qiyməti Azərbaycan manatının məzənnəsinə təsir edəcəkmi? – PROQNOZ

Hazırda oxunan: Neftin qiyməti Azərbaycan manatının məzənnəsinə təsir edəcəkmi? – PROQNOZ

68295

Neft qiymətlərinin yüksək olması səbəbindən Azərbaycan manatının məzənnəsinin sabit qalacağı proqnozlaşdırılır. 

Bizim.Media xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) yeni "Asian Development Outlook 2022" hesabatında bildirilir.  

"Azərbaycan Mərkəzi Bankı tərəfindən uçot dərəcəsinin 2022-ci ilin ortalarınadək dəyişməyəcəyi və yaxud inflyasiya təzyiqlərinin möhkəmlənməsinə cavab olaraq qaldırılacağı gözlənilir, hərçənd ki, inflyasiya 2-6% hədəf aralığında qərarlaşdığı təqdirdə, monetar siyasət yumşaldıla bilər", - hesabatda deyilir. 

AİB qeyd edir ki, AMB depozit hərracları və notların buraxılışları vasitəsilə yerli valyutada izafi likvidliyin sterilləşdirilməsi, tədavüldə olan valyutanın məbləğinin nəzarət altında saxlanması və manatın məzənnəsinin azalmasına səbəb ola bilən təzyiqlərin tənzimlənməsi yolu ilə pul bazarına müdaxilələrini davam etdirəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin