Nazir tütünçülüklə bağlı onlayn müşavirə keçirdi - FOTO

Hazırda oxunan: Nazir tütünçülüklə bağlı onlayn müşavirə keçirdi - FOTO

68205

Kənd Təsərrüfatı Nazirliyində “Tütünçülük-2022: qarşıda duran vəzifələr” mövzusunda onlayn müşavirə keçirilib.

Bizim.Media xəbər verir ki, nazir İnam Kərimovun sədrliyi ilə keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin məsul şəxsləri, Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri, tütün emalı və istehsalı müəssisələrinin rəhbərləri, tütünçülüklə məşğul olan fermerlər iştirak ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Kənd təsərrüfatı naziri vətəndaşları qəbul edəcək


Tədbirdə Azərbaycanda tütünçülüyün inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunulub. Fermerlər, ilkin emal müəssisələri və istehsalçı şirkət arasında dəyər zəncirinin düzgün qurulmasının vacib olduğu diqqətə çatdırılıb. 

Bu il tütün istehsalına hazırlıq və qarşıda duran vəzifələr, tütünçülüyün inkişafı, hədəflər və perspektivlər barədə tədbir iştirakçıları məlumatlandırılıb. Məhsuldarlığın yüksək olması üçün aqrotexniki tədbirlərin vaxtında və düzgün yerinə yetirilməsinin vacib olduğu vurğulanıb.

Tədbirdə çıxış edən tütün emalı və istehsalı müəssisələrinin nümayəndələri, tütünçülüklə məşğul olan fermerlər ölkədə tütün istehsalında mövcud vəziyyətdən danışıb, tütünçülüyün inkişafı ilə bağlı fikirlərini bölüşüblər.

Müşavirədə tütünçülüklə bağlı 2022-ci il üçün tədbirlər planı müzakirə edilib, mineral gübrələr, toxum və texnika ilə təminat, suvarma məsələləri, subsidiyaların verilməsi, tədarükçülərin öhdəliklərini yerinə yetirmə səviyyəsi, tədarük məntəqələri və qurutma kameralarının vəziyyəti, tütünçülüyün inkişafı və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin