Bu ölkə işğaldan azad olunmuş ərazilərə sərmayə yatırmaqda maraqlıdır

Hazırda oxunan: Bu ölkə işğaldan azad olunmuş ərazilərə sərmayə yatırmaqda maraqlıdır

68057

Cənubi Koreyanın şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə sərmayə yatıra bilər. 

Bizim.Media İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) istinadən xəbər verir ki, bu məsələ qurumun icraçı direktoru Vüsal Qasımlının Cənubi Koreyanın Azərbaycandakı səfiri Lee Eun-yongla keçirdiyi görüşdə müzakirə olunub. 

V.Qasımlı Azərbaycanın öz torpaqlarını azad etməsinin ardından Zəngəzur dəhlizinin açılması ilə Cənubi Qafqaz regionunun beynəlxalq ticarət və daşımalar baxımından potensialının artması və bu sahədə Koreyanın beyin mərkəzləri ilə birgə tədqiqatların aparılmasının hər iki ölkənin maraqlarına xidmət edəcəyini vurğulayıb, eyni zamanda, Azərbaycan və Cənubi Koreya arasında ticarət dövriyyəsinin artırılması, ticarət və investisiya sahəsində əməkdaşlığın genişlənməsinin ölkələrin iqtisadi inkişafına öz müsbət töhfəsini verəcəyini qeyd edib.

Bu istiqamətlərdə birgə tədqiqatların həyata keçirilməsi üçün İİTKM və Koreyanın müvafiq beyin mərkəzləri arasında əlaqələrin qurulması barədə razılıq əldə edilib. 

Səfir iki ölkə arasında əlaqələrin səviyyəsindən məmnunluğunu qeyd edib. İİTKM ilə Səfirlik arasında həyata keçirilən birgə layihələrin müvəffəqiyyətli olduğunu və bu istiqamətdə əməkdaşlığın davam etdiriləcəyinə əminliyini bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin