“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunua əsasən, QHT-lər illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin QHT-lərə müraciətində bildirilir.
Qurum bəyan edib ki, qanuna əsasən, hesabatlarını müəyyən edilmiş müddətdə təqdim etməyən təşkilatlara bu barədə yazılı xəbərdarlıq ediləcək.
Bundan sonra maliyyə hesabatlarını 30 gün müddətində təqdim etməyən təşkilatlar İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunacaqlar.
“Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib.
Hesabat Maliyyə Nazirliyinin yaratdığı “Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqramı” vasitəsilə (www.qht-hesabat.maliyye.gov.az) elektron qaydada təqdim edilməlidir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:24 / 02.04.2022
Maliyyə Nazirliyindən QHT-lərə MÜRACİƏT
Hazırda oxunan: Maliyyə Nazirliyindən QHT-lərə MÜRACİƏT
Hazırda oxunan: Maliyyə Nazirliyindən QHT-lərə MÜRACİƏT
67608
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.