Azərbaycanda şəkər tozu BÖHRANI yarana bilərmi? - İqtisadçı çətinlikləri AÇIQLADI 

Hazırda oxunan: Azərbaycanda şəkər tozu BÖHRANI yarana bilərmi? - İqtisadçı çətinlikləri AÇIQLADI 

67604

Azərbaycanın illik şəkər və şəkər məhsullarına olan təlabatı təxminən 250 min tondur. İmişli Şəkər Zavodunun gündəlik istehsal gücü 200 ton, aylıq 6 min ton, illik 72 min tondur. Ölkədə ən yaxşı halda 240 min ton şəkər cuğunduru tədarük edilir. Şəkər çuğundurundan 16-20 faiz şəkər tozu alınır. Bu isə 50 min ton şəkər tozu demək deyil. 

Maraqlıdır, Azərbaycanda daxili potensialla şəkər tozuna və şəkər məhsullarına olan təlabatı ödəmək olar?

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli Azərbaycanda şəkərin daxili tələbatı hesabına ödənilməsinin tamamilə mümkün olduğunu bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İdxalı 31 faiz artan şəkər tozu daha da BAHALAŞACAQ – ŞOK PROQNOZ


Ekspert hətta bəzi illərdə bunun baş verdiyini və daxili tələbatdan da xeyli yüksək miqdarda şəkər istehsal olunduğunu qeyd edib:

“Sadəcə işin düz qurulmaması, xammal istehsalçıları ilə zavod arasında yaranan anlaşılmazlıq bu məsələnin həllinə mane olur. Bəzi fermerlərin bildirdiyinə görə “Azərşəkər” zavodu onlardan xammalı razılaşdırılmış qiymətdən də aşağı qiymətə alırlar. Elə qiymət təklif edirlər ki, o qiymət şəkər çuğundurunun istehsal xərclərini belə ödəmir. Ona görə də fermerlərin şəkər çuğunduru yetişdirməyə marağı azalır. Əslində zavod maraqlı olmalıdır ki, bu məhsulun istehsalı genişlənsin. Belə olarsa, zavodun potensialı ildə 300 min tona da çata bilər. Halbuki Azərbaycanın yerli tələbatı 150-160 min ton arasındadır”.

Akif Nəsirlinin sözlərinə görə şəkər tozu strateji məhsullardan sayıldığına görə bu məsələyə dövlətin nəzarəti və müdaxiləsi də  olmalıdır:

“Yaxud şərait yaradılmalıdır ki, başqa kiçik tutumlu şəkər emalı zavodları yaransın. Bu gün əsas problem xammal istehsalıdır. Xammalın istehsalı üçün Azərbaycanda potensial, şərait və iqlim imkanları var. Sadəcə olaraq burada işi qurmaq lazımdır.
Normal iş qurulsa, təkcə bir zavodla nəinki daxili tələbatı, hətta ixracatı da ödəyə bilərik. Məsələnin əsas kökü rəqabət mühitinə bağlıdır. Başqa şəkər istehsalçıları da ortaya çıxmalıdır ki, rəqabət mühiti formalaşsın”, - deyə iqtisadçı əlavə edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin