Pulla alınan içməli suyun qiyməti 2 dəfə ARTACAQ - SƏBƏB

Hazırda oxunan: Pulla alınan içməli suyun qiyməti 2 dəfə ARTACAQ - SƏBƏB

67598

“Qarşıdan yay ayları gəlir. Bakıda və Abşeron rayonunda, o cümlədən ölkənin əksər rayonlarda adamlar içməli suyu pulla alacaq və içməli suyu şəxsi su maşınları ilə daşıyanlar bundan sonra ödəniş etməli olacaqlar”. 

Bizim.Media xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Razi Abbasbəyli “Facebook” hesabında qeyd edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqlamasını xatırladan ekspert xüsusi texniki qurğulardan istifadə etməklə su hövzələrindən istifadənin pullu olacağını qeyd edib: 
 

MÖVZU İLƏ BAĞLI:

Nazirlik rəsmisindən HƏYƏCAN TƏBİLİ - Suyun 30-40 faizi itkiyə gedir


“Keçən yay Bakıda 2 ton içməli suyu su maşınından 10 manata alan vətəndaş bundan sonra 20 manata alacaq. Çünki o "işbazlar" xüsusi texniki qurğulardan istifafə edib susuzluqdan yanan evlərə öz şəxsi avtomobilləri ilə su satırdılar. Nə vergi verirdilər, nə də rüsum... Bu yay daha isti və quraqlıq olacaq. Çalışın çəniniz dolu olsun!”, -deyə ekspert əlavə edib.

Xatırladaq ki, içməli su istifadə etmək məqsədilə həyətlərində xüsusi qurğularla su əldə edən vətəndaşlar pul ödəyəcəklər.

Bu barədə Nazirlər Kabinetinin təsdiqlədiyi “Sudan ödənişli istifadə Qaydaları” haqqında qərarda qeyd edilib.

Tarif (Qiymət) Şurasına sudan istifadə haqqını (tarifləri) müəyyən etməsi tapşırığı da verilib. Qərara görə, əgər vətəndaş çaylar, göllər və anbarlardakı sudan istifadə edəcəksə, pul ödəməli olacaq.
Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib ki, ölkənin şirin su ehtiyatlarının azlığı, qlobal iqlim dəyişikliyi, son illərdə yağıntıların və qonşu ölkələrdən daxil olan suların xeyli azalması, digər tərəfdən, iqtisadiyyatın müxtəlif sahələrinin sürətlə inkişafı, kənd təsərrüfatı sahələrinin genişlənməsi və nəticədə suya olan tələbatın gündən-günə artması ölkənin davamlı sosial-iqtisadi inkişafında mühüm rolu olan su ehtiyatlarının qənaətlə istifadəsi və mühafizəsini olduqca əhəmiyyətli edir. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin