Dollar bazardan sıxışdırıla bilərmi? – Çin və Rusiyanın ortaq TAKTİKASI 

Hazırda oxunan: Dollar bazardan sıxışdırıla bilərmi? – Çin və Rusiyanın ortaq TAKTİKASI 

67444

Strateji beyin mərkəzlərinin proqnoz edirlər ki, Çin 2050-ci ilə kimi dünyanın tək dominant iqtisadi gücü olacaq.

Bizim.Media araşdırmasına görə, Çin maliyyə sektorunda və digər bazar yönümlü islahatlarda irəliləyiş əldə etməyə davam etdikcə, Çin yuanı növbəti onillikdə daha vacib ehtiyat valyutaya çevriləcək.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan əhalisi avro və dollardan niyə qaçır? – ƏSAS SƏBƏBLƏR 


Hətta qızılla dəstəklənən rəqəmsal yuanın ilk olaraq Çin daxilində istifadəsi müzakirələri də aparılır.

Rusiyanın rubl manipulyasiyalarına davam etməsi və MDB ölkələri qarşılıqlı hesablaşmalarda dollar və avro əvəzinə ehtiyat valyuta kimi Çin yuanından istifadə etməyə hazırlıq görməsi, Rusiya-Çin tərəfdaşlığın siyasi arenada yeni konfiqurasiyalara və Qərb Alyansının növbəti embarqolarına dəlalət edir.

İqtisadçı-ekspert Eldəniz Əmirov bu məsələdə birbaşa Rusiyanın siyasi təsirini vurğulayıb:

“Yaxın müddətdə bu hesablaşmaların həyata keçməsi praktikada özünü doğrultmur. Belə ki, təcrübədə bir neçə dəfə buna cəhd olunub, sadəcə real statistika özünü tam başqa tərəfdən göstərir”.

Eldəniz Əmirov aktual statistikanı dilə gətirərək göstərib ki, üçüncü tərəf olaraq Çin tərəfi təxminən Rusiya ilə 150 milyard dollarlıq ticarət dövriyyəsi olduğu halda, Avropa İttifaqı ilə 2,2 trilyon dollarlıq ticari dövriyyəyə malikdir:

“Bu Rusiya ilə olan ticari dövriyyədən 15-17 dəfə artıqdır. Çin belə bir vəziyyətdə böyük həcmdə olan iqtisadi əlaqələri riskə atmaz. Əks halda ciddi sanksiyalarla üz-üzə qala bilər”.

Ekspert bildirib ki, Rusiya və Çin arasında olan hesablaşmalarda yuan və ya rubl ilə olan ödənişlərin artımında ciddi bir dəyişiklik yoxdur:

“Bir nüans var ki, əgər əvvəllər 79-80% dollarla ödəniş var idisə, artıq bir qədər bu faiz enib. Hər halda, bu deqradasiyaya nə yuanın, nə də rublun heç bir aidiyyəti yoxdur”.

Eldəniz Əmirov bu arada avronun həcminin artdığına diqqət çəkib:

“Rusiya və Çinin iqtisadiyyatı, özü belə dollar və avroya söykənib. Avropanın digər pul vahidləri, funt-sterlinq kimi 4%-dən 11%-ə artıb. Yuan və rubl ilə bağlı göstərici isə, yəni ticari dövriyyədə yuan və rubla olan tələbat faizi 9%- idisə, indi yalnız 10% olub. Bu 10%-in 8,5%-i Çin, 1,5%-i Rusiya valyutasının payına düşür”.

İqtisadçı qeyd edir ki, MDB-dən səslənən bu addım rubla psixoloji təzyiqin azaldılması və inamın artırılması üçün manipulyativ xarakter daşıyır:

“Belə bir hal qısamüddətli dövr üçün, ümumiyyətlə, mümkün deyil. Uzunmüddətli dövrdə belə müəyyən cəhd olunsa da, özünü tam doğruldacağını düşünmürəm”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin