Xarici ölkələrdən Azərbaycana gətirilən avtomobillərin çatdırılma qiyməti artıb. Məhz bu səbəbdən qiymətləri ucuz olan avtomobilləri sifariş verənlərin sayı azalıb.
Bizim.Media xəbər verir ki, müxtəlif ölkələrdən Azərbaycana sifariş əsasında avtomobil çatdırılması ilə məşğul olan şirkətlərdən birinin rəhbəri İlqar Əliyev "Xəzər Xəbər"ə deyib ki, çatdırılma qiyməti təxminən 20-30 faiz artıb.
Söhbət ABŞ və Koreyadan avtomobil çatdırılmasından gedir.
Avtomobil çatdırılması ilə məşğul olan şirkətlərin sahibləri bildirirlər ki, bahalaşmanın bir neçə səbəbi var. Əsas səbəblərdən biri isə Rusiya-Ukrayna müharibəsinin yaratdığı problemlərdir.
Mütəxəssislər bundan sonra da çatdırılma qiymətlərinin artacağını istisna etmirlər.
Mövzu ilə bağlı XəzərXəbər-in hazırladığı videomaterialı təqdim edirik:
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:47 / 01.04.2022
Azərbaycanda bu avtomobillər bahalaşacaq - VİDEO
Hazırda oxunan: Azərbaycanda bu avtomobillər bahalaşacaq - VİDEO
Hazırda oxunan: Azərbaycanda bu avtomobillər bahalaşacaq - VİDEO
67431
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.