İndiyədək sənaye zonalarında 95 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 58-i fəaliyyətə başlayıb.
Bizim.Media İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, sahibkarlar tərəfindən bugünədək sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırılıb və 9700-dən çox daimi iş yeri yaradılıb.
Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 400 milyon manatdan çox investisiyanın yatırılması və 3 200-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Bu ilin yanvar-fevral aylarında sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 436 milyon manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 191 milyon manatı ixrac olunub. Sənaye zonaları üzrə məhsul satışı 2021-ci ilin eyni dövrünə nisbətən 76 %, ixracı isə 138 % artıb.
Sənaye zonaları üzrə indiyədək ümumilikdə 6,3 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 2 milyard manatı (təqribən 32 %-i) ixrac olunub. İstehsal olunan məhsullar dünyanın 35-dən çox ölkəsinə ixrac edilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:53 / 31.03.2022
Sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırılıb
Hazırda oxunan: Sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırılıb
Hazırda oxunan: Sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırılıb
67376
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.