Azərbaycanın şəkər tozu Rusiya bazarlarına axır – Nə baş verir? 

Hazırda oxunan: Azərbaycanın şəkər tozu Rusiya bazarlarına axır – Nə baş verir? 

67355

“Son zamanlar Azərbaycan istehsalçıları şəkər tozunun daxildə deyil, daha çox Rusiya bazarında satılmasına maraq göstərir”.

Bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Rusiyanın Azərbaycandan şəkər tədarükünü kəskin artırması ilə ölkəmizdə şəkər tozu qıtlığının yaranmasına münasibət bildirərkən deyib. 

Ekspertin sözlərinə görə, bu vəziyyətin yaranmasında şəkərin Rusiyada kəskin bahalaşması öz sözünü deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Şəkər tozu BAHALAŞDI: Kiloda 20 qəpik, kisədə 6 manat artım şirniyyatlara da TƏSİR ETDİ - ARAŞDIRMA


“Rusiyada şəkər tozunun qiyməti kəskin bahalaşıb. Azərbaycan bazarı ilə nisbətdə bu ölkədə həmin məhsulun qiyməti 2,5-3 dəfə baha satılır. Nəticədə Azərbaycan istehsalçıları şəkər tozunun daha çox Rusiya bazarında satılmasına maraq göstərir. Çünki daxili bazarda qiymət daha ucuzdur.

Rusiyada şəkər tozunun qiymətinin bahalaşmasına isə bu məhsulla bağlı kəskin qıtlığın yaranması səbəb olub. Rusiyadakı mağazalarda şəkər tapılmırdı. Ukrayna ilə müharibədən öncə kilosu 60-70 rubl olan şəkər tozunun qiyməti indi 250-300 rubla qədər bahalaşıb. Bu qiymət fərqi isə istehsalçılar üşün Rusiya bazarını daha cəlbedici edib”. 

Ekspertin fikrincə, disbalans geniş şəkildə özünü göstərsə, Azərbaycanın daxili bazarında da şəkərin qiymət artımı baş verə bilər. Azərbaycan hökuməti ona görə qabaqlayıcı tədbirlər görməli, ixrac üzrə kvotalar müəyyənləşdirməlidir”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin