Azərbaycan startapları öz layihələrini xarici investorlara təqdim etdi - Ər-Riyadda

Hazırda oxunan: Azərbaycan startapları öz layihələrini xarici investorlara təqdim etdi - Ər-Riyadda

67259

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilmiş və dünyanın müxtəlif ölkələrindən yüzlərlə startapın iştirak etdiyi Qlobal Sahibkarlıq Konfransında Azərbaycan startapları da öz layihələrini təqdim ediblər.

Bizim.Media bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.

Məlumata görə, Səudiyyə Ərəbistanının Kiçik və Orta Sahibkarlıq üzrə Baş İdarəsinin (Monshaat) və Beynəlxalq Sahibkarlar Şəbəkəsinin (GEN) təşkilatçılığı ilə keçirilmiş konfransda KOBİA-nın dəstəyi ilə startaplarımız xaricdə onlayn təhsil və təchizatçılarla tədarükçüləri bir araya gətirən onlayn platformalar ilə təmsil olunublar.

27-30 mart tarixlərində keçirilmiş Qlobal Sahibkarlıq Konfransı çərçivəsində startapçılarımız layihələrini xarici investorlara təqdim edib, bu istiqamətdə bir sıra görüşlər keçiriblər.

KOBİA-nın fəaliyyət istiqamətlərindən biri də startap ekosisteminin inkişafına dəstək verməkdir.

Agentlik mikro və kiçik sahibkarlıq subyektlərinə onları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verir. Ər-Riyadda ölkəmizi təmsil edən "Unibroad" MMC və "Supply Chain Community" MMC-yə də “Startap” şəhadətnamələri verilib.
KOBİA həmçinin, yerli startap layihələrinə dəstək məqsədilə qrant verir, onların qlobal bazarlara çıxması, layihələrinin yerli və xarici investorlara təqdim olunması istiqamətində müxtəlif tədbirlər həyata keçirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin