Azərbaycanın seysmik ərazilərində 10 stansiya quraşdırılıb 

Hazırda oxunan: Azərbaycanın seysmik ərazilərində 10 stansiya quraşdırılıb 

66941

Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) hazırda 30-a yaxın xarici ölkənin seysmoloji mərkəzləri ilə əməkdaşlığı var.

Bizim.Media xəbər verir ki, bunu RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib.

"Bu əməkdaşlıqlar həm ikitərəfli, həm də beynəlxalq layihələr çərçivəsində aparılır. Ötən il mərkəz tərəfindən elmi əməkdaşlıq sahəsində bir sıra önəmli sənədlər imzalanıb" – deyə professor qeyd edib.
Onun sözlərinə görə, Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamenti və Böyük Britaniyanın Oksford Universiteti ilə əldə olunan razılaşmalar gələcəkdə birgə tədqiqatların aparılması üçün böyük əhəmiyyət kəsb edir. 

“Dünyada ilk olaraq, Azərbaycanda palçıq vulkanları ətrafında seysmik stansiyalar quraşdırılıb və palçıq vulkanlarının dinamikası bu stansiyalar vasitəsi ilə öyrəniləcək.

Palçıq vulkanları ətrafında quraşdırılması nəzərdə tutulan 12 seysmik stansiyalardan 10 stansiya artıq quraşdırılıb. Qalan 2 stansiyanın quraşdırılması işləri yaxın vaxtlarda başa çatdırılacaq" – Yetirmişli bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin