ABŞ Dövlət Departamentinin 2023-cü il üçün büdcə layihəsinə əsasən, Azərbaycana 9,1 milyon dollar vəsaitin ayrılması planlaşdırılır.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin dərc etdiyi sənəddə bildirilib.
Qeyd olunub ki, gələn il Gürcüstana 88 milyon, Ermənistana isə 23,4 milyon dollar ayrılması planlaşdırılır.
2023-cü ildə Beynəlxalq hərbi təhsil və təlimlər çərçivəsində Azərbaycana və Ermənistana 600 min dollar, Gürcüstana isə 1,75 milyon dollar ayrılması nəzərdə tutulub.
Sənəddə o da qeyd olunub ki, 2023-cü ildə Avropa və Mərkəzi Asiya regionuna ümumilikdə 984,4 milyon dollar ayrılması planlaşdırılır.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:13 / 29.03.2022
ABŞ Azərbaycana 9 milyon dollar ayıracaq
Hazırda oxunan: ABŞ Azərbaycana 9 milyon dollar ayıracaq
Hazırda oxunan: ABŞ Azərbaycana 9 milyon dollar ayıracaq
66890
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.