Azərbaycanda BİR İLK: Bu il ÜDM-nin həcmi 100 milyard manatı ötəcək

Hazırda oxunan: Azərbaycanda BİR İLK: Bu il ÜDM-nin həcmi 100 milyard manatı ötəcək

66813

Bu ilin sonuna Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının həcmi 102 milyard manata çatması gözlənilir.

Bizim.Media xəbər verir ki, “Deloitte” şirkətinın hesabatında  2022-ci ildə Azərbaycanda ÜDM-nin real artımın 4,2 % səviyyəsində reallaşması gözlənildiyi bildirilib.

“İqtisadiyyatın canlanması 2021-ci ilin ikinci yarısından sürətlənib. 2022-2026-cı illərdə Azərbaycanda iqtisadi böyümə davamlı özəl istehlakın və investisiya artımı hesabına olacaq”, - hesabatda vurğulanıb.

Azərbaycan hökuməti 2022-ci il üçün ÜDM-nin artımını 3,9 %, 2023-cü il üçün 5,1 % səviyyəsində proqnozlaşdırır.

Dövlət Statistika Komitəsindən "Report"-a bidirilib ki, 2021-ci ildə Azərbaycanda 92 milyard 857,7 milyon manatlıq və yaxud 2020-ci illə müqayisədə 5,6 % çox ÜDM istehsal olunub. Belə ki, ötən il iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 7,2 %, neft-qaz sektorunda isə 1,8 % artıb.
ÜDM istehsalının 42,5 %-i sənaye, 10,1 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 %-i nəqliyyat və anbar təsərrüfatı, 5,9 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,9 %-i tikinti, 1,8 %-i informasiya və rabitə, 1,3 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17,2 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8,4 %-ni təşkil edib.

İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 27,6 % artaraq 9 269 manat olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin