Qarabağdakı geoloji yataqların inkişafı ölkə iqtisadiyyatına necə təsir edə bilər? – TƏHLİL

Hazırda oxunan: Qarabağdakı geoloji yataqların inkişafı ölkə iqtisadiyyatına necə təsir edə bilər? – TƏHLİL

66780

“Qarabağda mövcud olan mineral geoloji yataqları istismar edərək, dövriyyəyə cəlb etsək, regionda bu sahə üzrə inşaat materiallarının istehsalında kifayət qədər əlverişli mövqeyə sahib ola bilərik”.

Bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov azad edilmiş ərazilərimizdə Azərbaycanın digər bölgələrində olmayan hansı spesifik sahələri inkişaf etdirməyin mümkünlüyündən danışarkən deyib:

“Azərbaycan ərazisində müxtəlif iqlim şəraiti olduğundan, demək olar ki, ölkəmizin hər bir guşəsi yenilikdir. Bu mənada fikrimcə, azad edilmiş torpaqlarımızda ölkənin digər regionları ilə müqayisədə spesifikliyilə seçilən zəngin mineral geoloji yataqların inkişaf etdirilməsinə xüsusi önəm verməliyik.
 

MÖVZU İLƏ BAĞLI:

Göygölün bu kəndində qızıl yatağı aşkarlandı - Sakinləri təcili köçürülür? - RƏSMİ AÇIQLAMA


Sovet dövründən bu ərazilərdə müəyyən kəşfiyyatlar aparılıb. Ermənistan işğal dövründə nə qədər çalışsa da, minerallarla zəngin bir sıra ərazilərimizə ziyan vura bilməyib. Çünki kəşfiyyat aparmaq və ya hər hansı istismar üçün külli miqdarda investisiya lazımdır. Ermənistan isə buna qadir deyil. 

Bu nöqteyi-nəzərdən digər regionlarımızla müqayisədə Qarabağda məhz haqqında söhbət açdığımız sahə öz spesifikliyilə seçilir.

Oxçuçay ərazisində əhəng daşı yataqları, yanmayan korfirit mineralları vardır. Ondan müasir tikinti prosesində istifadə etmək olar. Nəticədə Azərbaycan həmin bölgəmiz hesabına regionda inşaat materialları istehsalında əlverişli mövqe əldə edə bilər”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin