“2022-ci ilin ilk 2 ayında ölkəmizə 138 ölkədən 150,4 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çox turist gəlib. Sözügedən müddətdə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayında da artım müşahidə olunub. Xaricə gedənlərin sayı 3,0 dəfə artaraq 184,2 minə çatıb”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabından bildirib.
Belə ki, ölkəyə turist axını ilə bağlı fikirlərini bölüşən deputat virusa yoluxma sayındakı azalmalara da diqqət çəkib:
“Sevindirici haldır ki, son günlər virusa yoluxanların sayı kəskin azalıb. Dünən cəmi 21 yeni yoxulma qeydə alınıb. Aktiv xəstələrin sayı isə cəmi 538 nəfərdir. Etiraf etmək lazımdır ki, ölkəmizdə intensiv peyvəndləşmə COVİD-19 virusunun lokallaşdırılmasında xüsusi rol oynadı.
Digər ölkələrin də təcrübəsi göstərir ki, uğurlu vaksinasiya aparan dövlətlərdə yoxulma sayını optimallaşdırmaq mümkün olub. Azərbaycanda vurulan ümumi vaksinlərin sayı isə 13 milyon 382 mindən çoxdur”.
Millət vəkili pandemiyanın zəifləməsi səbəbindən quru sərhədlərinin açılmasının məqsədəuyğun ola biləcəyini də vurğulayıb:
“Artıq əksər aparıcı ölkələr, hətta COVİD-19 məsələsində kifayət qədər mühafizəkar mövqe tutan Yeni Zellandiya və Avstraliya kimi dövlətlər də yumşaldılma mərhələsinə qədəm qoyurlar. Azərbaycanda yoluxma sayının azalması kontekstində mövcud əlverişli vəziyyəti və qlobal yumşalmanı nəzərə alsaq mərhələli şəkildə quru sərhədlərin açılması məsələsinə baxılması və ölkəyə gəliş-gediş zamanı peyvənd passportu olduğu halda PCR analiz tələbinin aradan qaldırılması məqsədəuyğun olardi. Peyvəndləşmə uğurla aparıldığı üçün qapalı yerlərdə vaksin sertifikatı tələbinin də aradan qaldırılması məqəsədəuyğndur. İndi bəzi ölkələr turistlərdən PCR analizi daha tələb etmirlər”.
Vüqar Bayramovun sözlərinə görə, PCR test tələbinin götürülməsi, ölkəyə turist axınına müsbət mənada təsir edə bilər:
“Artıq yeni turizm mövsümü başlamaqdadır. Qeyd edək ki, 2019-cu ilə ölkəyə 3.2 milyon turist gəlmişdisə 2021-ci ildə pandemiya səbəbindən bu rəqəm 791,8 minədək azaldı.
Bu baxımdan, quru sərhədlərinin mərhələli açılışı, PCR test tələbinin götürülməsi ölkəyə gələn turistlərinin sayının kəskin artmasına səbəb ola bilər. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, əksər Qərb ölkələrində olduğu kimi Azərbaycanda da xüsusi karantin qaydalarının daha yumşaldılması turizm daxil olmaqla bir sıra sektorlar üçün əlavə imkanlar yarada bilər”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:26 / 25.03.2022
Vüqar Bayramovdan quru sərhədlərinin açılması ÇAĞIRIŞI: “Turist axınına müsbət təsir edəcək”
Hazırda oxunan: Vüqar Bayramovdan quru sərhədlərinin açılması ÇAĞIRIŞI: “Turist axınına müsbət təsir edəcək”
Hazırda oxunan: Vüqar Bayramovdan quru sərhədlərinin açılması ÇAĞIRIŞI: “Turist axınına müsbət təsir edəcək”
66361
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.