2021-ci ildə Azərbaycanda dövlət qurumlarının keçirdiyi satınalmalarla bağlı hüquqi və fiziki şəxslərdən 1 118 şikayət daxil olub.
Bizim.Media dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 2,2 dəfə çoxdur.
Şikayətlərdə qаldırılаn məsələlər “Dövlət sаtınаlmаlаrı hаqqındа” qаnuna uyğun аrаşdırılıb, müsаbiqələrin оbyеktiv şərаitdə аpаrılmаsı, iddiaçılara qarşı ədalətli münasibət göstərilməsi və ayrı-seçkiliyə yol verilməməsi məqsədilə satınalan təşkilatlara tövsiyələr verilib, şikayətlərin araşdırılmasının nəticələrinə dair dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin müddəaları müvafiq malgöndərənlərə (podratçılara) izah edilib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda elektron satınalmalar üçün iştirak haqları müəyyən edildi - CƏDVƏL
Qаnunvericliyin tələblərinin satınalan təşkilatlara izah edilməsi və onların satınalma prosedurlarının təşkilinə cəlb olunan mütəxəssislərinin dövlət satınalmaları sahəsində ixtisas səviyyələrinin artırılması, dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi sənədlərin geniş təbliği, satınalan təşkilatların satınalmaların təşkili və həyata keçirilməsində yaranan suallarının operativ cavablandırılması, müsabiqə prosedurlarının yekun sənədlərinin tərtibatında yaranan çətinliklərin aradan qaldırılması məqsədilə satınalan təşkilatların mütəxəssislərinə, sahibkarların nümayəndələrinə, həmçinin konsaltinq şirkətləri, sahibkar birlikləri, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) üzvləri və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təqdim etdiyi sahibkarlar üçün təlim keçirilib. Xidmətin rəhbərliyi Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının üzvləri, Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri və Caspian Energy Club-un üzvləri üçün təqdimat görüşləri keçirib.
Bizim.Media