Bu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisi kommersiya banklarından 533,432 mln. nağd ABŞ dolları alıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Azərbaycan Mərkəzi Bankı yayıb.
Mənbə qeyd edir ki, bu, 2021-ci ilin eyni ayları ilə müqayisədə 8,2% çoxdur. Təkcə fevral ayında əhali 165,936 mln. nağd dollar alıb ki, bu da yanvar ayı ilə müqayisədə 2,2 dəfə, ötən ili eyni ayı ilə müqayisədə isə 0,9% azdır.
Eyni zamanda, 2022-ci ilin ilk iki ayında Azərbaycanda banklara əhali tərəfindən 191,046 mln. nağd dollar satılıb ki, bu da illik müqayisədə 9,1% azdır.
Təkcə fevralda banklara satılan nağd dollar kütləsinin həcmi isə 111,278 mln. dollara bərabər olub ki, bu da aylıq müqayisədə 39,5% çoxdur, illik ifadədə isə 21,9% azdır.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:46 / 24.03.2022
Əhalinin nağd dollar alışı fevralda iki dəfədən çox azalıb
Hazırda oxunan: Əhalinin nağd dollar alışı fevralda iki dəfədən çox azalıb
Hazırda oxunan: Əhalinin nağd dollar alışı fevralda iki dəfədən çox azalıb
66244
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.