Gürcüstanda avtomobil yanacağının qiyməti yenidən artıb.
Bizim.Media xəbər verir ki, bəzi yanacaqdoldurma məntəqələrində benzin növündən asılı olaraq 3,70 -4 lari arasında dəyişir.
Maraqlıdır ki, dizel yanacağının qiyməti daha fərqlidir. Növündən asılı olaraq dizelin qiyməti 3,65-4,09 lari arasında dəyişir.
Ölkədə ən bahalı - “Super” markalı benzin 4 lariyə (1,24 dollar), “Eco- dizel” isə 4,09 lariyə (1,27 dollar) satılır.
İqtisadçı ekspertlərin sözlərinə görə, ölkədə qeydə alınan bu artım London birjasında neftin qiymətinin 2 dollar artaraq 118,30 dollar olması ilə əlaqədardır. Ekspertlər yanacağın qiymətinin daha da artacağını istisna etmirlər.
Proqnozlara görə, yanacağın qiymətinin artımı Gürcüstanda gündəlik tələbat mallarının da bahalaşmasına səbəb olacaq.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:59 / 23.03.2022
Qonşu ölkədə yanacağın qiyməti yenidən artdı
Hazırda oxunan: Qonşu ölkədə yanacağın qiyməti yenidən artdı
Hazırda oxunan: Qonşu ölkədə yanacağın qiyməti yenidən artdı
66159
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.