Bu ilin yanvar-fevral aylarında Azərbaycandan qeyri-neft məhsulları ixracı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 39,3 % artaraq 461,5 milyon ABŞ dolları təşkil edib.
Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
"Bu, qeyri–neft sektorunda ixrac potensialının və milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artmasının müsbət nəticəsidir", - deyə o, qeyd edib.
Bizim.Media
2022-ci ilin yanvar-fevral aylarında #qeyrineft məhsulları ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,3% artaraq 461,5 mln. dollar təşkil edib. Bu, qeyri–neft sektorunda ixrac potensialının və milli #iqtisadiyyat-ın rəqabət qabiliyyətinin artmasının müsbət nəticəsidir. pic.twitter.com/eUJtSJIrTh
— Mikayil Jabbarov (@MikayilJabbarov) March 17, 2022