Azərbaycanın qızıl-gümüş satışından əldə etdiyi GƏLİR 

Hazırda oxunan: Azərbaycanın qızıl-gümüş satışından əldə etdiyi GƏLİR 

65301

Beş il ərzində qiymətli metalların satışından Azərbaycan iqtisadiyyatına 757 milyon manata yaxın vəsait cəlb edilib.

Bizim.Media xəbər verir ki, bunu "AzerGold" QSC-nin sədr müavini Xəyyam Fərzəliyev "Faydalı qazıntıların kəşfiyyatı və dağ-mədən sənayesinin əsasları" kitabının təqdimat mərasimində deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Britaniyaya razılıq verdi - "Vejnəli" yatağının istismarı...


"Fəaliyyət dövrü ərzində tərəfimizdən 287 min unsiya qızıl, 530 min unsiya gümüşün beynəlxalq bazara ixracına nail olub. 5 ildən bir qədər çox olan dövrdə qiymətli metalların satışından ölkə iqtisadiyyatına 757 milyon manata yaxın vəsait cəlb edilib", - X.Fərzəliyev deyib.

Onun sözlərinə görə, hazırda Daşkəsən rayonunda yerləşən "Çovdar" qızıl yatağının oksid mərhələsindən sulfid mərhələsinə keçid üzrə tranzit filizlərin istismarı, eləcə də Cəmiyyətin geoloqları tərəfindən kəşf edilmiş "Ağyoxuş 1" və "Mərəh" qızıl yataqlarında hasilat işləri aparılır:

"Yeri gəlmişkən, ötən il Daşkəsən rayonunda Cəmiyyətimizin geoloqları tərəfindən aparılan kəşfiyyət işləri nəticəsində daha bir sahə, "Nərimanlı" potensial qızıl yatağı kəşf edilib. Hazırda sözügedən sahə üzrə müvafiq geoloji tədqiqatlar davam etdirilir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin