Ərzaq, içki və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi 8,1 faiz yüksəlib

Hazırda oxunan: Ərzaq, içki və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi 8,1 faiz yüksəlib

65179

Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi 2021-ci ildə ötən illə müqayisədə 8,1 faiz yüksəlib.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında icmal hesabatında bildirilir.

Mövsümi amillərin təhlilinə əsasən, son 10 ildə hər ilin may–sentyabr aylarında ərzaq məhsulları üzrə kumulyativ olaraq orta hesabla 3,4 faiz deflyasiya müşahidə olunurdusa, hesabat ilinin müvafiq mövsümündə 2,3 faiz inflyasiya olub.

Ərzaq inflyasiyasına dünya ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi ciddi təsir göstərib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, dekabrda illik əsasda dünya qiymətləri un məmulatları üzrə 20,7 faiz, süd məhsulları üzrə 17,4 faiz, yağlar üzrə 36 faiz, şəkər üzrə isə 33,6 faiz yüksəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin