Fevralın 1-nə muzdla çalışan işçilərin sayı 1 milyon 679,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 901 min nəfər, qeyri-dövlət sektorunda isə 778,1 min nəfər təşkil edib.
Dövlət Statistika Komitəsindən Bizim.Media-ya bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda 31,4 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 647,7 min nəfər çalışıb.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,4 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,4 faizi emal sənayesində, 7,1 faizi tikintidə, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.
Xidmət sahəsində işləyənlərin 19,8 faizi təhsil, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,1 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,1 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi istirahət, əyləncə və incəsənət, 1,9 faizi maliyyə və sığorta fəaliyyəti, 1,7 faizi informasiya və rabitə, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 0,9 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.
2022-ci ilin yanvar ayında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 141,5 saat təşkil edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:08 / 16.03.2022
Azərbaycanda muzdlu işçilərin sayı açıqlandı
Hazırda oxunan: Azərbaycanda muzdlu işçilərin sayı açıqlandı
Hazırda oxunan: Azərbaycanda muzdlu işçilərin sayı açıqlandı
65099
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.