Rusiya iqtisadiyyatını məhv etməyə davam edən Qərbin sanksiya kampaniyalarının dünya ərzaq qiymətlərinə təsiri 10% qiymət artımı ilə müşahidə oluna bilər. Belə ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) qənaətinə görə, iki ən böyük taxıl ixracatçısı və tədarükçüsü- Rusiya və Ukraynanın indiki vəziyyəti ərzaq təhlükəsizliyi üçün ciddi təhdiddir.
Bizim.Media araşdırması nəticəsində məlum olub ki, buğda, arpa, günəbaxan yağı və qarğıdalı üzrə dünya ixracının üçdə ikisi Rusiya və Ukraynanın payına düşür.
Beynəlxalq bazarda satılan 207 milyon ton buğdanın 17% Rusiya, 12% Ukraynanın ixrac etdiyi taxıl bitkiləri təşkil edir.
Sanksiyalar pandemiya fonunda gedən proseslər üçün güclü katalizatora çevrilib. Keçən ilin sonunda dünya ərzaq qiymətləri tarixi rekorda imza atıb. Buğda və arpa 31%, kolza və günəbaxan yağı 60%-dən çox bahalaşıb. Yüksək tələbat və təbii qazın qiymətinin dəyişkənliyi səbəbindən əsas azot gübrəsi olan karbamidin qiyməti də 3 dəfə artıb.
Rusiyanın mövqeyi
Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi və Sənaye və Ticarət Nazirliyi ölkədən taxıl məhsullarına ixrac məhdudiyyəti 2022-ci il martın 15-dən iyunun 30-dək qüvvədə olacaq layihə hazırlayıb. Əlavə olaraq, İqtisadi İnkişaf Nazirliyi Avrasiya İqtisadi İttifaqına taxıl bitkilərinin, eləcə də ağ və qamış şəkərinin üçüncü ölkələrə ixracına müvəqqəti (avqustun 31-dək) qadağa qoyduğunu elan edib.
BMT ekspertləri əmindirlər ki, Qərbin sanksiyalarının nəticəsində qlobal bazarda ərzaq qiymətlərinin kəskin artacaq. Şimali Afrika ölkələrində una və digər taxıl məhsullarına tələbatın artması ilə bağlı məlumatlar artıq ortaya çıxıb.
Ukraynanın çarəsizliyi
Analitikləri xatırladırlar ki, taxıl biçini iyunda başlayacaq. Ukraynalı fermerlərin məhsulu yığıb bazara çıxara bilməyəcəyi hələlik bəlli deyil. Əhalinin kütləvi surətdə köçürülməsi səbəbindən kənd təsərrüfatı sektorunda işçi çatışmazlığı yaranır.
Siyasi Texnologiyalar Mərkəzinin aparıcı eksperti Nikita Maslennikov:
“Ukraynadakı hərbi əməliyyatlar səbəbindən dünya buğda ixracının beşdə birinin azalması təhlükəsi var”, - deyə qeyd edib. Ukraynanın hələ mart ayında başlayacaq yaz səpinini həyata keçirə bilməyə bilər.
Taxıl bitkilərinin ən böyük idxalçıları Misir, Türkiyə, Banqladeş və İrandır. Taxıl çatışmazlığının digər bölgələrdən gələn təchizat hesabına ödənilməsi ehtimalı çox azdır. Kanadada buğda ehtiyatları azalır və ABŞ və Argentinadan ixrac çox güman ki, məhdudlaşacaq, çünki hər iki ölkə indi daxili bazarları təmin etməyə diqqət yetirir.
Avropa İttifaqı daxil olmaqla, günəbaxan yağı ilə də bağlı idxalçılar digər təchizatçılar axtarmalı və ya alternativ bitki yağlarına keçməli olacaqlar.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO)-nun baş direktoru Qu Donqyu daha bir acınacaqlı halı bildirib:
“Avropa və Mərkəzi Asiyanın bir çox dövlətləri mineral gübrəyə olan tələbatını 50%-dən çox Rusiya tədarükləri hesabına ödəyir”.
Qo Donqyue sözlərinə görə, Rusiya isə sanksiyalara görə mineral gübrələrin çatışmazlığından qaçmaq, vaxtında alaq otlarını çıxarmaq və məhsula zəmanət vermək üçün onların ixracını məhdudlaşdırmaq məcburiyyətində qalacaq. Nəzərə alınmalıdır ki, onun ən iri bankları SWIFT sistemindən ayrılıb, bu o deməkdir ki, digər ödəniş sxemlərinə düzəlişlər etmək lazımdır və bu, vaxt aparır.
Nəticədə, bir çox ölkələrdə dənli bitkilər və açıq tarla tərəvəzləri üçün əkin kampaniyaları əhəmiyyətli dərəcədə azaldıla bilər.
Bu, bitkiçiliklə bağlı bütün əmtəə qrupları üzrə qiymətləri yüksəldəcək. Yerli şəkər çuğundurunun tədarükü də ticarət dövriyyəsindən çıxarılacaq, müvafiq olaraq dünyada şəkər istehsalı üçün xammal bazası azalacaq.
Mia Quliyeva, Bizim.Media