Dünya bazarında neftin qiyməti 4,5% ucuzlaşdı

Hazırda oxunan: Dünya bazarında neftin qiyməti 4,5% ucuzlaşdı

64827

Dünya bazarlarında neft, təxminən, 4,5% ucuzlaşıb. Buna Çində koronavirusun yayılması fonunda neftə olan tələbin azalması riskinin yenidən bərpası səbəb olub.

Bizim.Media birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin may fyuçersləri 4,66% ucuzlaşaraq, 1 bareli 101,92 ABŞ dollarına satılıb.

WTI neftinin aprel fyuçerslərinin qiyməti isə 4,57% aşağı düşərək, 1 bareli 98,3 ABŞ dolları təşkil edib.

Yeni yoluxma halları haqqında xəbərlərin yayılmasından sonra Çinin bir neçə şəhərində koronavirus məhdudiyyətləri sərtləşdirilib. Vəziyyətin ciddi olduğu bildirilir.

Bu, yeni sosial-iqtisadi məhdudiyyətlərə səbəb ola bilər ki, nəticədə qlobal xammal tələbi azala bilər. Bu səbəbdən hazırda neft qiymətləri fəal şəkildə düşməkdədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin