Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - VİDEO

Hazırda oxunan: Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - VİDEO

64692

Azərbaycanın məhsul idxal etdiyi ilk 3 ölkə Türkiyə, Çin və Rusiyadır. Bu idxalın 15,77 faizi Türkiyədən, 13,8  faizi isə Rusiyadan edilir.  

Bizim.Media xəbər verir ki, iqtisadçı ekspert Elman Sadıqov Rusiya ilə Ukrayna arasında gedən müharibə fonunda rəsmi Moskvanın məhsul ixracından imtina edəcəyi təqdirdə ümumilikdə dünya bazarlarında qiymətlərin qalxacağını bildirib.

Çünki, hazırda Qərbin sanksiyaları səbəbindən Rusiya anbarları boşalmaqdadır. Ekspertin fikrincə, bu proses ölkəmizə də təsir edə bilər. 

Elman Sadıqov bildirir, Azərbaycan əsas zəruri və gündəlik təlabat məhsullarınının bir hissəsinin məhz Rusiyadan idxal edilir. Buna görə də, indi alternativ yollar düşünülməlidir. 

Qərbin Rusiyaya sanksiyaları fonunda Türkiyədə də yanacaq qiymətləri artıb ki, bu da daha bir narahatlıq doğuran məqamdır. Ancaq Elman Sadıqov deyir ki, qardaş ölkədən daha çox tərəvəz məhsulları idxal edirik ki, bunun da dövriyyəsində hansısa bir azalma gözlənilmir.

Ekspertin sözlərinə görə, Lirə dollar qarşısında dəyər qazanmadığı müddətdə qiymətlərdə artım ola bilməz. 

İqtisadçı bildirir ki, bu ölkələrdə məhsulların qiyməti dollarla artarsa, bunun Azərbaycana da təsiri olar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin