Qaz istehlakı üzrə yığım səviyyəsi 23%-dək artdı

Hazırda oxunan: Qaz istehlakı üzrə yığım səviyyəsi 23%-dək artdı

64213

Bu ilin yanvar-fevral aylarında ölkədə istifadə edilmiş qaz üzrə 96,4 % ödəniş səviyyəsi qeydə alınıb. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün Birlikdə media nümayənləri və QHT üzvləri üçün keçirilən “Açıq qapı” aksiyasında bildirib. 

Onun sözlərinə görə, ötən ay əhali sektoru üzrə 93,5 %, qeyri-əhali sektoru üzrə 99,4 % ödəniş səviyyəsi olub:

“Qaz istehlakı üzrə yığım səviyyəsi 2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 22,8 % çoxdur. İllk müqayisədə əhali xətləri üzrə 4,5 %, qeyri-əhali xətləri üzrə isə 44 % artım qeydə alınıb". 

O qeyd edib ki, bu ilin fevral ayında 103,5 % ödəniş səviyyəsi qeydə alınıb ki, bunun da 92,1 %-i əhali sektoru üzrə, 115 % qeyri-əhali sektoru üzrə qeydə alınıb. 2021-ci ilin fevral ayı ilə müqayisədə cəmi 27,9 % artım olub. İllik müqayisədə əhali sektoru üzrə 2,3 %, qeyri-əhali sektoru üzrə 55,2 % artım olub”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin