Şamaxı rayonu ərazisində qaz təchizatında problem olan yerlər araşdırılır və şəbəkədə lazımi işlər görülməklə qaz təminatının yaxşılaşdırılması həyata keçirilir.
Bizim.Media “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, ayonun Çuxuryurd qəsəbəsində massivin son illər sürətlə genişlənməsi qaz təsərrüfatında yenidənqurma işlərinin görülməsini vacib edib.
Bu məqsədlə sözü gedən qəsəbədə istismar müddəti başa çatan, vaxtilə torpaqla təmasda olan qaz xətləri dayaqlar üzərinə qaldırılır, qapı keçidləri quraşdırılır.
İşin həcmi böyük olduğundan əraziyə çox sayda maşın-mexanizmlər də cəlb olunub. İşlərin yaxın müddətdə başa çatması nəzərdə tutulur.
Bizim.Media