Buğdanın qiyməti son 14 ilin ən yüksək səviyyəsinə qalxdı

Hazırda oxunan: Buğdanın qiyməti son 14 ilin ən yüksək səviyyəsinə qalxdı

63691

Çikaqo birjasında buğda fyuçersləri 6%-dən çox artaraq 14 ilin ən yüksək səviyyəsinə çatıb.

Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, Ukraynada müharibə başlayandan sonra buğda bazarı 40%-dən çox artıb ki, bu da müşahidələr tarixində taxıl məhsulları üçün ən yüksək artım olub.

Martın 7-də bazar 2008-ci ildən bəri maksimuma çatıb – 1 buşel 12,6 ABŞ dollarına və ya 1 kq 0,46 ABŞ dollarına bərabər olub.

2022-ci il martın 7-də qarğıdalı və soya kotirovkaları 2,7% və 2,1% artaraq müvafiq olaraq 7,75 dollar/buşel və 16,95 dollar/buşelə çatıb. Bu məhsulların qiymətləri 2012-ci ilin sentyabrından bəri ən yüksək səviyyədədir.
Qeyd edək ki, dünya buğda ixracının təxminən üçdə biri, eləcə də qarğıdalı ixracının 19%-i Ukrayna və Rusiyanın payına düşür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin