“Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar işsiz və gəlirini itirən, qeyri-formal işləyən aztəminatlılara yaşayış minimumu həcmində birdəfəlik ödəmənin (190 manat) verilməsiylə bağlı qərar qəbul olunub. Bu ödənişi almaq üçün vətəndaşların təkrar müraciət etməsinə ehtiyac yoxdur”.
Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilir ki, Nazirlər Kabinetinin qərarına uyğun olaraq, birdəfəlik ödəmə cari ilin ötən dövründə bu ödəməni almış şəxslərə təsdiq edilmiş qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra ödəniləcək:
''Ödəməni almaq üçün həmin vətəndaşların təkrar müraciətinə ehtiyac yoxdur''.
''Ödəmə birdəfəlik şəkildə həyata keçiriləcək və banklar tərəfindən verilmiş bank kartlarına köçürüləcək. Vəsait köçürüldükdən sonra bu barədə vətəndaşlara sms vasitəsilə rəsmi bildiriş göndəriləcək''.
Bu növbəti birdəfəlik ödəmə proqramının 600 minə yaxın şəxsi əhatə edəcəyi proqnozlaşdırılır.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:21 / 25.12.2020
190 manatla bağlı nazirlikdən yeni AÇIQLAMA
Hazırda oxunan: 190 manatla bağlı nazirlikdən yeni AÇIQLAMA
Hazırda oxunan: 190 manatla bağlı nazirlikdən yeni AÇIQLAMA
6325
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.