Yanvarda 0,5 milyard kubmetrdən çox qaz nəql olunub – TANAP-la 

Hazırda oxunan: Yanvarda 0,5 milyard kubmetrdən çox qaz nəql olunub – TANAP-la 

63126

Bu ilin yanvar ayında Azərbaycanda təxminən 2,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar ayı üzrə neft-qaz göstəriciləri ilə bağlı açıqladığı hesabatda deyilir.

Hesabata əsasən, ölkə üzrə neft hasilatının 1,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,4 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. 

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 0,7 milyon ton təşkil edib. 

Hesabat dövründə təxminən 2,3 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 2,2 milyon tondan çoxu konsorsiumun, 79,8 min tonu isə SOCAR-ın payına düşür. 

2022-ci ilin yanvar ayında ölkədə 4,1 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 1,2 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 2,2 milyard kubmetri “Şahdəniz”dən, 0,7 milyard kubmetri SOCAR üzrə hasil olunub.

Ötən ilin müvafiq dövrünə nisbətən 12,9 % artımla qaz hasil edilib. 

Hesabat dövründə xaricə qaz satışı təxminən 2 milyard kubmetr təşkil edib. Türkiyəyə təqribən 0,8 milyard kubmetr, Avropaya təqribən 0,8 milyard kubmetr, Gürcüstana isə 0,4 milyard kubmetr qaz ixrac edilib. Qeyd edək ki, Türkiyəyə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə bu müddətdə 0,5 milyard kubmetrdən çox qaz nəql olunub. 

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2022-ci ilin fevralın 1-dək 583 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 548 milyon tondan çox neft, “Şahdəniz”dən isə təqribən 35 milyon tona yaxın kondensat çıxarılıb. 
Yataqlar istismara veriləndən 2022-ci ilin 01 fevral tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 191 milyard kub metrdən çox, “Şahdəniz”dən isə 160 milyard kubmetrə yaxın qaz hasil edilib.

Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 110 milyard kubmetrə yaxın həcmi ixraca nəql edilib. 

Ölkədə neftin emalı 2022-ci ilin yanvar ayında 583 min ton təşkil edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin