İlham Şabandan təsəlliedici proqnoz

Hazırda oxunan: İlham Şabandan təsəlliedici proqnoz

63056

Dünya bazarında neftin qiymətinin sürətlə aşağı düşməsi neft ixrac edən ölkələrdə, o cülədən Azərbaycanda ciddi narahatlıqla müşahidə edilməkdədir.

Maraqlıdır, neft gəlirlərinin azalması Azərbaycanda insanların sosial rifahına necə təsir göstərəcək? Baş verənlər fonunda ölkədə sosial gərginliyin artması, bu müstəvidə ciddi krizislərin meydana çıxması gözləniləndirmi?

Bununla bağlı Moderator.az-a açıqlama verən iqtisadçı-ekspert İlham Şaban hələlik hər hansı gərginlikdən danışmağın tez olduğunu vurğuladı:

"Hələ ki, təsirlərindən danışmaq tezdir. Çünki Azərbaycan neftinin orta ixrac qiyməti 10 ayın yekunlarına görə 107 dollar təşkil edib. Bu isə cari ilin proqnoz göstəricilərindən 7% çoxdur. Yeni hökumət büdcə gəlirləri ilə bağlı bütün qarşıda duran vəzifələri yerinə yetirir. Çox güman ki, ilin yekununa görə də müsbət nəticələr olacaq. Hətta dövlət statkomun rəqəmlərinə görə, əhalinin pil gəlirləri bu müddətdə 4,1% artıb. Bank əmanətləri ilk dfədə olaraq 7 mlrd manat səviyyəsinə çatıb. Yəni bu baxımdan təşvişə ehtiyac yoxdur - Neft Fondu büdcənin gəlirlərinin yarıdan çoxunu stabil olaraq təmin edir. O cümlədən də Dövlət Neft Şirkəti. Bu isə 65% daxilolma deməkdir. Belə olan halda hər hansı sosial narazılığa gətirəcək bir hadisənin baş verməsi inandırıcı görünmür".

 

Seymur Əliyev

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin