2021-ci ildə büdcəyə vergi daxilolmaları 12 milyard manatdan çox olub

Hazırda oxunan: 2021-ci ildə büdcəyə vergi daxilolmaları 12 milyard manatdan çox olub

61822

“2021-ci ildə büdcəyə vergi daxilolmaları 12,51 milyard manat təşkil edib ki, bu da ümumi daxilolmaların 74,2 faizini təşkil edir”. 

Bizim.Media-nın məlumatına görə, bunu “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda keçirilən vergi forumunda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. 

Onun sözlərinə görə, ölkədə inflyasiyanın azaldılması istiqamətində işlər aparılır və ölkə hökuməti artıq müvafiq proqram hazırlayıb. 

"2022-ci il və sonrakı illər üçün dövlət qurumlarının fəaliyyətinin genişləndirilməsi və rəqəmsal müstəviyə keçirilməsi, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin sürətləndirilməsi nəzərdə tutulur. Bura həmçinin sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, rəqəmsal transformasiyada əhalinin dəstəklənməsi də daxildir", - deyə nazir əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin