Neft Fondu valyuta hərraclarındakı satışını 2% artırdı 

Hazırda oxunan: Neft Fondu valyuta hərraclarındakı satışını 2% artırdı 

61652

Dələduzluğa görə axtarışa verilən şəxs Ukraynadan Azərbaycana ekstradisiya edildi 
Ukraynada saxlanılan şəxs Azərbaycana ekstradisiya edilib. 

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. 

Məlumatda bildirilir ki, Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin vəsatəti əsasında Ukrayna Baş Prokurorunun Ofisi tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyaya əsasən Azərbaycan Respublikasının vətəndaşı Adil Orucovun ekstradisiyası haqqında qərar qəbul edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Neft Fondu dollar satışını artırdı 


Ağstafa rayon prokurorluğunda istintaq olunan cinayət işi üzrə Adil Orucov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.

Adil Orucov Ukrayna ərazisində müəyyən edilərək 2022-ci ilin yanvar ayında barəsində həbs qətimkan tədbiri seçilmiş, fevralin 24-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin