Rubl Putinin dünənki qərarından sonra xeyli UCUZLAŞDI

Hazırda oxunan: Rubl Putinin dünənki qərarından sonra xeyli UCUZLAŞDI

0:00
0:00
61275

Moskva birjasında avronun məzənnəsi Moskva vaxtı ilə saat 10:12-yə olan ticarət məlumatlarına əsasən, ₽1,12 (1,25%) artaraq ₽91,28 olub.

Bizim.Media RBK telekanalına istinadən xəbər verir ki, Avropa valyutası sonuncu dəfə ötən il aprelin 26-da ₽91-dən yuxarı ticarət edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Putin qondarma DXR və LXR tanıdıqlarını açıqladı - VİDEO


Rubl da dollar qarşısında ucuzlaşır. Amerika valyutasının məzənnəsi 97 qəpik (1,22%) artaraq 80,75 ₽-ə çatır.

Rublun düşməsi Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikovun DXR və LXR-in (qondarma rejimlər) tanınması ehtimalı ilə bağlı bəyanatı fonunda sürətlənib. 

Xatırladaq ki, fevralın 23-də milli bayramla əlaqədar Rusiya birjalarında Rusiya səhmlərinin ticarəti keçirilməyəcək. 

Analitiklərin fikrincə, bu da oxşar geosiyasi vəziyyəti əlində “saxlayanlar” üçün riskləri bir qədər artırır.

Xatırladaq ki, dünən Rusiya prezidenti Vladimir Putin Ukraynadakı qondarma "Luqansk Xalq Respublikası" və "Donetsk Xalq Respublikası"nın müstəqilliyini tanıdığını bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin