Hökumət Ödəniş Portalı ilə 4,1 mlrd manatlıq əməliyyat aparılıb – ÖTƏN İLİN HESABATI

Hazırda oxunan: Hökumət Ödəniş Portalı ilə 4,1 mlrd manatlıq əməliyyat aparılıb – ÖTƏN İLİN HESABATI

61171

Ötən il Hökumət Ödəniş Portalında (HÖP) 58 %-i nağdsız olmaqla 4,1 milyard manat dəyərində 59,9 milyon ədəd ödəniş tranzaksiyası emal olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı Ödəniş Sistemləri üzrə İllik İcmalda bildirilir.

Azərbaycanda dövlət büdcəsinə və kütləvi xidmətlər üzrə ödənişlərin mərkəzləşdirilmiş qaydada toplanması üçün yaradılmış HÖP-ə indiyə qədər 11 mərkəzi icra hakimiyyəti orqanı, 3 Dövlət Agentliyi, 4 kommunal xidməti müəssisəsi, 5 stasionar və mobil rabitə operatoru, 116 məhkəmə orqanı, 19 sığorta şirkəti, 1 438 bələdiyyə orqanı və digər sosial əhəmiyyətli qurumlar inteqrasiya olunub.

Sənəddə həmçinin deyilir ki, hazırda həmin qurumlar üzrə 1 100-dən çox xidmət üzrə ödənişlər toplanılır.

Bu xidmətlər üzrə ödənişlər 26 bank, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin 2 500-dən çox filial və şöbələrində, 4 000-ə yaxın ödəniş terminalında nağd və nağdsız formada aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin