Ötən il Azərbaycanda Milli Ödəniş Sistemi üzrə 217,7 milyard manat dəyərində 70,8 milyon əməliyyat aparılıb.
Bizim.Media Azərbaycan Mərkəzi Bankının açıqladığı Ödəniş Sistemləri üzrə İllik İcmala istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə müvafiq olaraq 2,6 % az və 18,4 % çoxdur.
İllik əməliyyatların 183,8 milyard manatlıq 1,1 milyon ədədi Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZİPS), 33,9 milyard manatlıq 69,6 milyon ədədi isə Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) üzrə aparılıb.
1 il əvvələ nisbətən AZİPS üzrə əməliyyatların ümumi dəyəri 11,8 milyard manat az, sayı 0,2 milyon ədəd çox, XÖHKS üzrə isə əməliyyatların ümumi dəyəri 6,1 milyard manat az, sayı 10,7 milyon ədəd çoxdur.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:34 / 21.02.2022
Bu ödəniş sistemi ilə əməliyyatların həcmi azalıb
Hazırda oxunan: Bu ödəniş sistemi ilə əməliyyatların həcmi azalıb
Hazırda oxunan: Bu ödəniş sistemi ilə əməliyyatların həcmi azalıb
61169
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.