Bu ilin yanvar ayında Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsinin həcmi 145,963 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 6,1 dəfə çoxdur.
Bizim.Media Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, yanvarda Azərbaycanın Böyük Britaniyaya ixracı illik müqayisədə 64,9 dəfə artaraq 127,386 mln. dollar təşkil edib.
Bu, neft ixracının (217 min ton) hesabına baş verib. Belə ki, ixracın 98,6%-ni məhz xam neft təşkil edib. İdxal isə illik ifadədə 15,5% azalaraq 18,576 mln. dollara bərabər olub.
Nəticədə, 2022-ci ilin yanvar ayında Azərbaycanın Böyük Britaniya ilə 108,810 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb. Ötən ilin analoji ayında saldo mənfi idi və 20,008 mln. dollar təşkil etmişdi.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:01 / 21.02.2022
Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsi artdı
Hazırda oxunan: Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsi artdı
Hazırda oxunan: Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsi artdı
61078
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.