Azərbaycan Qaz İxrac edən Ölkələr Forumunun sammitində iştirak edəcək

Hazırda oxunan: Azərbaycan Qaz İxrac edən Ölkələr Forumunun sammitində iştirak edəcək

0:00
0:00
61073

Energetika naziri Pərviz Şahbazov Qətərin enerji məsələləri üzrə dövlət naziri Saad Şerida al-Kaabinin dəvəti ilə Qətər Dövlətinə səfər edib.

Energetika Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, nazir cari ilin 21-22 fevral tarixlərində Doha şəhərində keçiriləcək Qaz İxrac edən Ölkələr Forumunun (GECF) Nazirlər İclasında və GECF-in dövlət və hökumət başçılarının 6-cı Sammitində iştirak edəcək.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın Avropa üçün enerji tərəfdaşlığı ABŞ mətbuatında: “İnvestisiya təmin olunacaq”


GECF-in toplantılarında qlobal qaz bazarının mövcud vəziyyəti, inkişaf perspektivləri və qaz ixrac edən ölkələr arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə ediləcək. Nazir Pərviz Şahbazovun hər iki tədbirdə çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin