2021-ci ildə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi 2020-ci illə müqayisədə real ifadədə 3,2 faiz artaraq 44,2 milyard manat təşkil edib.
Bizim.Media-nın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının "2021-ci il üzrə pul siyasəti icmalında deyilir.
Qeyd olunur ki, ticarət dövriyyəsinin komponentləri arasında qeyri-ərzaq məhsulları üzrə dövriyyə daha sürətlə artaraq pandemiyadan öncəki səviyyəyə çatıb.
Hesabata əsasən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə pərakəndə əmtəə dövriyyəsi 2,5 faiz qeyri-ərzaq məhsulları üzrə dövriyyə isə 3,9 faiz artıb.
"İl ərzində istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin əsas hissəsi, yəni 54,3 faizi hər zaman olduğu kimi qida məhsulları, içkilər və tütün məmulatlarının alınmasına sərf olunub. Bu istiqamət üzrə xərclər ötən illə müqayisədə 2,5 faiz artıb. Toxuculuq, geyim və ayaqqabı sahəsinə sərf olunan xərclər 2 faiz, əczaçılıq məhsulları və tibbi ləvazimatlara sərf olunan xərclər 24,8 faiz, yanacağa sərf olunan xərclər 3,9 faiz, digər qeyri-ərzaq malları sahəsinə sərf olunan xərclər isə 3 faiz artıb", - deyə hesabatda qeyd olunur.
2021-ci ildə hər bir istehlakçı pərakəndə ticarət müəssisələrində orta hesabla ayda 367,8 manat və ya 2020-ci il ilə müqayisədə nominal ifadədə 32,2 manat çox vəsait xərcləyib.
Bunun da 200 manatı qida məhsulları, içkilər və tütün məmulatlarının, 167,8 manatı isə qeyri-ərzaq mallarının alınması üçün sərf edilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:03 / 18.02.2022
Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi açıqlandı
Hazırda oxunan: Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi açıqlandı
Hazırda oxunan: Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi açıqlandı
60783
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.