"Lukoil" "Şahdəniz"də payını artırdı

Hazırda oxunan: "Lukoil" "Şahdəniz"də payını artırdı

60740

Rusiyanın "Lukoil" şirkəti Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" layihəsində Malayziyanın "Petronas" şirkətindən aldığı pay üzrə sövdələşməni başa çatdırıb. 

Bizim.Media-nın şirkətə yaydığı məlumata istinadən xəbər verir ki, yeni sazişlərə uyğun olaraq, "Lukoil" "Petronas"dan aldığı 9,99% payın dəyəri 1,45 mlrd. dollar təşkil edib. 

Xatırladaq ki, 2021-ci ilin dekabrında "Lukoil" şirkəti "Şahdəniz" layihəsində Malayziyanın "Petronas" şirkətindən bu ilin oktyabrında imzalanan payın alınmasına dair sazişə düzəlişlərin imzalandığını elan edib.

Yeni sazişlərə uyğun olaraq, "Lukoil"un "Şahdəniz"də alacağı payı 15,5%-dən 9,99%-ə, əməliyyat məbləği isə proporsional olaraq 2,25 mlrd. ABŞ dollarından 1,45 mlrd. dollara endirilib. Bu dəyişikliklərin imzalanması "Şahdəniz" layihəsi üzrə tərəfdaşlarla üstünlük hüquqlarının həyata keçirilməsinə dair danışıqların nəticəsi olub. 

Qeyd edək ki, BP özünün əməliyyatçısı olduğu "Şahdəniz" yatağı üzrə "Petronas" şirkətindən 1,16% iştirak payını 168 mln. dollar məbləğinə almaq haqqında razılığa gəlib.

Bu məbləğ "Petronas" tərəfindən öncə elan edilmiş "Şahdəniz" üzrə sövdələşmənin eyni kommersiya şərtləri əsasında razılaşdırılıb. Nəticədə BP-nin "Şahdəniz"dəki ümumi iştirak payı 29,99% təşkil edəcək və BP yatağın operatoru olaraq qalacaq. 
Bundan başqa, SOCAR da "Petronas"a məxsus olan 4,35%-lik iştirak payını alıb. Bununla da SOCAR-ın "Şahdəniz"də birbaşa iştirak payı 14,35%-ə yüksəlib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin