Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfə artıb

Hazırda oxunan: Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfə artıb

0:00
0:00
60611

Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 4,061 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyin dövrü ilə müqayisədə 68,4% çoxdur.

Ötən ay xarici ticarət döviryyəsinin 3,087 milyard dolları ixracın, 0,975 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 90,1 %, idxal isə 23,7 % artıb.

Son nəticədə xarici ticarətdə 2,112 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 2,5 dəfə çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin