Göyərti də BAHALAŞDI

Hazırda oxunan: Göyərti də BAHALAŞDI

606055

Yazın gəlişi ilə birlikdə təbiətin bəxş etdiyi faydalı bitkilər piştaxtalarda öz yerini alıb. Qulançardan tutmuş cincilimə qədər bir çox göyərtilər insanların maraq dairəsindədir.

Bəs bu göyərtilərin qiyməti necədir?

Bizim.Media “milli.az”a istinadla xəbər verir ki, satıcılar asan tapılan və yığılması rahat olan məhsulların daha ucuz qiymətə satıldığını bildiriblər.

"Qulançarın dəstəsi 3-4 manat, giciktən 0.20 manat, cincilimin dəstəsi 1 manat, sündürük kilosu 7 manat, rukkola kilosu 10 manat, şomunun kilosu isə 3 manata təklif olunur. Bu bitkilər dərman kimi istifadə olunmaqla yanaşı, qutab, qazan yeməkləri və turşularda da istifadə olunur".

Bu göyərtilərin toplanması ilə məşğul olan şəxslərin sözlərinə görə, onların yığılması onlara çətin hava şəraitində və saatlarla başa gəlir:

"Hər bitki bir yerdə olur. Onları çətinliklə yığırıq, təmizləyirik. Bu il hava da yağıntılı keçdi. İşimiz göründüyü qədər asan deyil".

Qeyd edək ki, may ayının sonundan qiymətlərin ucuzlaşması gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin