Azərbaycanın sığorta bazarı ötən ay 14% artıb

Hazırda oxunan: Azərbaycanın sığorta bazarı ötən ay 14% artıb

60589

Bu ilin yanvar ayında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 118,234 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

Bizim.Media Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,7% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 16,623 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 70,8% və yaxud 3,4 dəfə azdır.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 14,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 54,65 manat olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin