Banka borcu olanların NƏZƏRİNƏ - Maaşınızdan bu qədər tutula bilər

Hazırda oxunan: Banka borcu olanların NƏZƏRİNƏ - Maaşınızdan bu qədər tutula bilər

605772

Bank tərəfindən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən (borclunun təqaüdünə, pensiyasına və s.) tutmaların məbləği 50 faizdən çox ola bilməz.

Bizim.Media xəbər verir ki, tələb bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır.
 

Lakin alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı yuxarıda göstərilən qayda tətbiq edilmir.


Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin