"Azərişıq" ASC tərəfindən Naxçıvan Muxtar Respublikasında elektrik infrastrukturunun yenilənməsi ilə bağlı böyükhəcmli layihə icra olunacaq.
Bizim.Media xəbər verir ki, bir neçə yaşayış məntəqəsindəelektrik sistemi tam şəkildə yenidən qurulacaq.
Layihənin ümumi dəyəri təxminən 14,8 milyon manat olacaq.İşlər Naxçıvanşəhərinin Qaraçuq qəsəbəsi, Babək rayonunun Nəzərabad-Dividar, Ordubadrayonunun Dəstə, Şahbuz rayonunun Kükü və Kəngərli rayonunun Təzəkənd-Xıncabkəndlərini əhatə edəcək.
Bu layihə köhnəelektrik xətlərinin və transformatorların dəyişdirilməsi, daha müasir vətəhlükəsiz sistemlərlə əvəz olunmasını nəzərdə tutur.
Buraya yeni transformatorməntəqələrinin qurulması, 10 və 0,4 kilovoltluq elektrik xətlərinin yenilənməsidaxildir. Məqsəd elektrik təchizatını daha stabil, fasiləsiz və keyfiyyətlietməkdir. (Baku.ws)
Bizim.Media



































































































