Son illər Bank Olmayan Kredit Təşkilatlarına maraq çoxalıb.
Bu təşkilatlar ənənəvi banklardan fərqli olaraq sadələşdirilmiş maliyyə xidmətləri göstərən kredit qurumları hesab olunur. Banklarla müqayisədə daha çevik şərtlərlə kreditlər təqdim edən bu təşkilatlar, xüsusilə sürətli və asan maliyyə dəstəyi axtaran müştərilər üçün cəlbedici olur. Bank Olmayan Kredit Təşkilatları həmçinin sənədləşmə və prosedurlar baxımından sadələşdirilmiş xidmətlər təklif etdikləri üçün müraciət prosesini sürətləndirir
Mərkəzi Bankın qərarı ilə BOKT-ların kredit vermə limiti 100 manatdan 500 manata qədərdir. Lakin BOKT-da faizlər ənənəvi banklara nisbətən daha yüksəkdir.
Bunun da nəticəsində borclunun kredit tarixçəsində yüksək faizli borc görünür və ənənəvi banklar həmin şəxslərə böyük məbləğ, aşağı faizlə kredit vermək istəmir. Daha doğrusu ənənəvi banklar Bank Olmayan Kredit Təşkilatlarından kredit götürən müştərilərə kredit vermirlər. Hətta nə vaxtsa BOKT-ın müştərisi olmuş, krediti bağlamış şəxslərə də ənənəvi banklar kredit verməkdən imtina edir.
Maraqlıdır, ənəvi bankların BOKT-un müştərisinə kredit verməməsi ilə bağlı hansısa qayda var?
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Bizim.Media-ya açıqlamasında bildirib ki, əslində qanunla ənənəvi bankların BOKT-da borcu olan şəxsə kredit verilməməsi kimi konkret qayda yoxdur:
“Əslində bununla bağlı konkret qayda yoxdur ki, BOKT-dan kredit götürübsə, ona kredit vermək olmaz. Nə belə qanun, nə də Mərkəzi Bankın belə qaydası var. Hansısa bankın bu cür daxili qaydasının olmasını da mən düşünmürəm.
Bank kredit vermədən öncə kredit bürosundan vətəndaşın kredit tarixçəsi ilə bağlı məlumat alır.
Görür ki, həmin şəxslərin kredit öhdəliyi çoxdur. Bu zaman kredit vermək istəməyə, verməyə bilər. Xüsusilə, əgər vətəndaşın problemli krediti varsa, bank ona kredit verməkdə maraqlı davranmaya bilər. Buna görə də, bu istiqamətdə də dəyişikliyə ehtiyac var”.
Naibə Məmmədova, Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
18:00 / 05.04.2026
BOKT-ların müştərilərinə banklar KREDİT VERMİR?
Hazırda oxunan: BOKT-ların müştərilərinə banklar KREDİT VERMİR?
Hazırda oxunan: BOKT-ların müştərilərinə banklar KREDİT VERMİR?
605215
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
























































































