Neftin qiyməti 200 dollara çatacaq - İqtisadçının PROQNOZU

Hazırda oxunan: Neftin qiyməti 200 dollara çatacaq - İqtisadçının PROQNOZU

604457

Nobel mükafatlı iqtisadçı Pol Kruqman bildirib ki, Hörmüz boğazı ətrafında gərginliyin uzanması neft bazarını fiziki qıtlıq mərhələsinə keçirə və bu da qlobal iqtisadiyyata ağır zərbə vura bilər.

Kruqman son yazılarında qeyd edib ki, hazırda bazarda hələ əvvəlcədən yüklənmiş neft hesabına axın tam dayanmayıb, amma bu tampon resurs sürətlə tükənir.

Bizim.Media xəbər verir ki, bu barədə Reuters yazıb.

Mənbə qeyd edib ki, İran ətrafındakı müharibə və Hörmüz boğazındakı pozuntular fonunda neft bazarı artıq ciddi təzyiq altındadır.

Agentliyin 31 mart tarixli sorğusunda analitiklər bildiriblər ki, boğaz bağlı qalarsa, Brent markalı neftin qiyməti 190 dollara qədər yüksələ bilər. 27 mart materialında isə bəzi ssenarilərdə qiymətin 200 dollara çata biləcəyi qeyd olunub.
 

Kruqman xəbərdarlıq edir ki, tədarükdə fasilə Asiyada daha tez, Avropada isə bir qədər sonra hiss oluna bilər və bundan sonra bazar qiymət artımından real neft çatışmazlığı mərhələsinə keçəcək. Belə vəziyyətdə qiymətlər tələbin dağılacağı həddə qədər yüksələ, inflyasiyanı sürətləndirə və qlobal geriləmə (resessiya) riskini artıra bilər.


Oxşar xəbərdarlıqları Reuters də yayıb: BlackRock rəhbəri Larri Fink bildirib ki, neftin 150 dollara qalxması belə dünya iqtisadiyyatını geriyə (resessiyaya) sürükləyə bilər.

Reuters-in 1 aprel məlumatına əsasən, Brent yenə 100 dollardan yuxarı ticarət olunur və enerji təchizatının normallaşmasının vaxt aparacağı bildirilir. Bu fonda Kruqmanın ssenarisi bazarda ən ciddi risklərdən biri kimi qiymətləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin