Avropa ittifaqı (Aİ) və Dünya Bankı (DB) bu gün Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) üzrə inzibati sazişi imzalayıblar.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Avropa ittifaqı yayıb.
Mənbə qeyd edir ki, ümumi büdcəsi 5,25 milyon avro təşkil edən bu üçillik proqram Al tərəfindən maliyyələşdirilir və DB tərəfindən idarə olunur.
Proqramın məqsədi Azərbaycan Hökumətinə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərə" uyğun olaraq, məsləhət və analitik dəstəyi ve potensialın gücləndirilməsini təmin etməkdən ibarətdir.
Bu dəstək sosial inklüzivliyi ve bağlantıları gücləndirməyə, iqtisadi islahatlara təkan verməyə, dövlət sektorunun idarəçiliyini gücləndirməyə və COVID-19-un təsirlərinin səmərəli şəkildə aradan qaldırlmasına kömək edəcək.
Saziş Dünya Bankının Azərbaycan üzrə Ölkə Meneceri Sara Maykl və Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko tərəfindən imzalanıb.
İmzalanma mərasimində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev iştirak edib.
AZTAF proqramı Hökumətin təxirəsalınmaz prioritetlərinə cavab verən konkret fəaliyyətləri əhatə edir. Bu fəaliyyətlər hökumətin dövlət müəssisələrinin idarəçiliyi, dövlət satınalmaları, su ehtiyatlarının idarə edilməsi, “ağıllı kəndlər”, rəqəmsal inkişaf, enerji səmərəliliyi, qadınların sahibkarlıq fəaliyyəti, əlillik və inkluzivlik kimi geniş spektrli prioritetlərini dəstəkləyəcək.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:13 / 16.02.2022
Aİ və Dünya Bankı Azərbaycanla bağlı yeni saziş imzaladılar
Hazırda oxunan: Aİ və Dünya Bankı Azərbaycanla bağlı yeni saziş imzaladılar
Hazırda oxunan: Aİ və Dünya Bankı Azərbaycanla bağlı yeni saziş imzaladılar
60392
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.